AGBI indeksi 0,9737, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9737, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 20 iyun 2012 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0264 bənd və ya 2,6% azalaraq iyun ayının 20-nə 0,9737 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

İyunun 19-da dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb ki, bu da AGBI indeksinin azalmasına səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR