AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0125 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0125 təşkil edib
# 22 iyun 2012 06:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq iyun ayının 22-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0124 bənd və ya 1,2% artıb və 1,0125-ə bərabər olub.

AMFBI indeksinin artması dövriyyədə olan ipoteka istiqrazlarının həcminin artması səbəbindən baş verib. Belə ki, iyunun 21-də ipoteka istiqrazlarının daha bir tranşı yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR