Dow Jones indeksi 2,0%, S&P 500 2,2%, Nasdaq 2,4% enib

Dow Jones indeksi 2,0%, S&P 500 2,2%, Nasdaq 2,4% enib
# 22 iyun 2012 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 21-də Amerika fond bazarında Dow Jones indeksi 2,0% - 12 574 bəndədək, S&P 500 2,2% - 1 326 bəndədək, Nasdaq isə 2,4% - 2 859 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi dünya iqtisadiyyatında bərpa templərinin azalmasını sübut edən müxtəlif statistik göstəricilər səbəbindən baş verib. Belə ki, Avrozona, ABŞ və Çin üzrə bir sıra makroiqtisadi göstəricilər mənfi olub.

Avropa fond bazarlarında iyunun 21-də FTSE 100 indeksi 1,0% - 5 566 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 343 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 114 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,2% azalaraq 1 567,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2556 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR