Dow Jones indeksi 0,7%, S&P 500 0,9%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,9%, Nasdaq 0,7% yüksəlib
# 28 iyun 2012 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 627 bəndədək, S&P 500 0,9% - 1 332 bəndədək, Nasdaq isə 0,7% - 2 875 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə ölkənin bir sıra müsbət makroiqtisadi göstəriciləri təsir edib. Belə ki, may ayında uzunmüddətli istifadəli malları üzrə sifarişlərin həcmi aylıq müqayisədə 1,1% artıb, yaşayış evlərin təkrar bazarında satış üzrə əqdlərin həcmini əks etdirən indeks də may ayında 5,9% artıb.

Avropa fond bazarlarında iyunun 27-də FTSE 100 indeksi 1,4% - 5 524 bəndədək, Almaniya DAX-ı 1,5% - 6 229 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 063 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 576,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2512 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR