Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 29 iyun 2012 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,52 dollar və ya 3,1% azalaraq 1 barelə görə 77,69 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, iyunun 28-də ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,14 dollar və ya 2,3% azalaraq 91,36 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR