Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,9% enib
# 29 iyun 2012 09:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 602 bəndədək, S&P 500 0,2% - 1 329 bəndədək, Nasdaq isə 0,9% - 2 850 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə «JPMorgan Chase» bankının zərərinin artacağı ilə bağlı ehtimallar təsir edib.

Avropa fond bazarlarında iyunun 28-də FTSE 100 indeksi 0,6% - 5 493 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 150 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 052 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 568,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2602 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR