BFB-də GDİ emissiyası yerləşdirilib

BFB-də GDİ emissiyası yerləşdirilib
# 29 iyun 2012 15:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0204002379 seriyalı geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 6 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 20,942 mln. manat təşkil edib. Sifarişlər 100,00% və 100,01% (gəlirlik 4,00%) qiymətdə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 20,0 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2013-cü ilin iyunun 28-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR