BFB-də DOİ emissiyası yerləşdirilib

BFB-də DOİ emissiyası yerləşdirilib
# 29 iyun 2012 15:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106002352 seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 6,5 mln. manat təşkil edib. Sifarişlər 100,00%, 100,09% və 100,11% qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə illik gəlirlik 5% təşkil edir.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2015-ci ilin iyunun 26-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR