ARDNF-də MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib

ARDNF-də MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib
# 26 yanvar 2016 14:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, iclas iştirakçıları ÇQ-nin 2016-cı il üzrə İş planının layihəsini və 2014-cü il üzrə MHŞT hesabatının yekun layihəsini müzakirə etmiş və təsdiqləyiblər.

İclas zamanı həmçinin Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusunun bərpa edilməsi üçün nəzərdə tutulan islahedici tədbirlər və fəaliyyət planının icra vəziyyəti ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR