Böyük Vətən müharibəsi iştirakçılarının prezident təqaüdünün məbləğı artırılıb

Böyük Vətən müharibəsi iştirakçılarının prezident təqaüdünün məbləğı artırılıb
# 25 yanvar 2016 15:36 (UTC +04:00)

APA-nın məlumatına görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həll tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR