Rusiya hökuməti "Sberbank" və VTB-ni özəlləşdirir

Rusiya hökuməti "Sberbank" və VTB-ni özəlləşdirir
# 19 yanvar 2016 15:13 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Dünya bazarında neftin qiymətinin düşməsi və milli valyuta olan rublun dəyər itirməsi səbəbindən iqtisadi böhran yaşayan Rusiya iki böyük bankını - "Sberbank" və VTB-ni özəlləşdirməyi planlaşdırır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

O, "Sberbank" və VTB-nin özəlləşdirilməsi üçün təkliflər hazırlayacaqlarını deyib.

Nazir iqtisadi çətinliyə görə, 2016-cı il büdcəsinə yenidən baxılacaq Rusiyada "Sberbank"-ın satışı üçün qanunvericiliyə dəyişikliklərin edilməsinin vacib olduğunu da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR