Dolların qarşıdakı 3 günə olan məzənnəsi açıqlanıb

Dolların qarşıdakı 3 günə olan məzənnəsi açıqlanıb
# 22 yanvar 2016 14:10 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 25-ə olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, yanvarın 25-ə USD/AZN rəsmi məzənnəsi bu günə nisbətən 0,0026 manat artaraq 1,6054 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,6028 manat təşkil edib.

Yanvarın 25-ə olan məzənnə 23-25 yanvar tarixində də qüvvədə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR