Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
# 04 may 2017 09:56 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 3-də saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində "Porche" markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub.

Sürücü avtomobillə hadisə yerindən qaçıb.

Xəstəxanaya yerləşdirilən X.Məmmədova orada ölüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub. 
 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR