FHN əməkdaşı qol güləşi üzrə Respublika çempionatının qalibi olub

FHN əməkdaşı qol güləşi üzrə Respublika çempionatının qalibi olub
# 11 aprel 2017 10:01 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi və Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə kişilər arasında Respublika çempionatı keçirilib.

 

APA-nın məlumatına görə, çempionatda 15 komanda və 100-dən çox idmançı çıxış edib.

 

FHN-in İdman-Sağlamlıq Klubunun (İSK) əməkdaşı, daxili xidmət leytenantı Rəşad Kəsəmənli 65 kq çəki dərəcəsində sağ və sol qollarda yarışıb. O, sol qolda rəqiblərinə üstün gələrək 1-ci, sağ qolda isə 3-cü yeri tutub.

 

İSK-ın rəisi, polkovnik Fizuli Musayev qalib idmançını təbrik edib, ona qiymətli hədiyyə verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR