İnvestisiya Hondinqinə aid olan şirkət 50 mln. dollarlıq istiqraz buraxır

İnvestisiya Hondinqinə aid olan şirkət 50 mln. dollarlıq istiqraz buraxır
# 15 dekabr 2023 15:02 (UTC +04:00)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin ümumi dəyəri 50 milyon ABŞ dolları olan istiqrazları Bakı Fond Birjasında (BFB) premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Nominal dəyəri min dollar olan faizli, təmin edilməmiş, sənədsiz adlı 50 min ədəd istiqrazın illik gəlirliliyi 6%, tədavül müddəti 5 il, kupon ödənişi yarımildə bir dəfə müəyyən edilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 18 dekabr 2023-cü il tarixində başlayacaqdır və 18 fevral 2024-cü ilədək davam edəcəkdir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR