Çində “Böyük iyirmilik” ölkələrinin sammiti başlayıb

Çində “Böyük iyirmilik” ölkələrinin sammiti başlayıb
# 04 sentyabr 2016 09:50 (UTC +04:00)

Bakı-APA. Bu gün Çində “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti işə başlayıb.

APA-nın məlumatına görə, G20-nin 11-ci sammiti iki gün davam edəcək.

Xatırladaq ki, “Böyük iyirmilik” iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan böyük dövlətlərin qeyri-formal birliyidir. Qrupun qərarları konsensus əsasında qəbul olunur və məcburi xarakter daşımır.

G20 ölkələrində planetimizin əhalisinin üçdə ikisi yaşayır. Dünya üzrə ümumi daxili məhsulun 85 faizi, dünya ticarətinin isə 75 faizi bu iyirmi ölkənin payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR