Məhkəmə MTRŞ-nın ANS-lə bağlı iki qərarını ləğv edib - YENİLƏNİB

Məhkəmə MTRŞ-nın ANS-lə bağlı iki qərarını ləğv edib - <span style="color: red;">YENİLƏNİB
# 12 fevral 2016 14:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım Şirkətinin şikayəti üzrə inzibatı işə baxılıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Mirzəzadə APA-ya açıqlamasında deyib ki, iclasda yenidən baxılması üçün 2 qərarın MTRŞ-ə göndərilməsi haqda qərar qəbul edilib.

T. Mirzəzadə qeyd edib ki, Səbail Rayon Məhkəməsində ümumilikdə 14 işə baxılacaq. Artıq onlardan 2-i haqda qərar qəbul olunub.

ANS-in məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) ötən il oktyabrın 13-də qəbul etdiyi 10/4 və 10/6 saylı qərarları ləğv edilib.

Belə ki, MTRŞ-nin qərarı ilə ötən il oktyabrın 5-də ANS 54 min manat, oktyabrın 13-də isə 25 min manat məbləğində cərimə edilib. Məhkəmə Milli Televiziya və Radio Şurasının həmin qərarlarını ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR