Azərbaycana qanunsuz gətirilən küllü miqdarda siqaret müsadirə olunub

Azərbaycana qanunsuz gətirilən küllü miqdarda siqaret müsadirə olunub
# 22 may 2017 09:56 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn "VAZ-2106" markalı avtomobilin sərnişini - Azərbaycan vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobildən həmin şəxsə məxsus olan, gömrük nəzarətinə düzgün bəyan edilməyən və üzərində aksiz markası olmayan 1200 ədəd "Pirveli" və 1600 ədəd "Marlboro", həmin şəxsin üzərindən isə 1200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR