Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 23 noyabr 2012 06:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 22-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,7% - 5 791 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 245 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 498 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, Avropa fond indekslərinin yüksəlməsi Çinin bir sıra müsbət makroiqtisadi göstəricilərinin təsiri altında baş verib.

Noyabrın 22-də Şüküranlıq Günü münasibəti ilə Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günü nəticəsində Dow Jones indeksi 0,4% - 12 837 bəndədək, S&P 500 0,2% - 1 391 bəndədək, Nasdaq 0,3% - 2 927 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 729,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2885 (+0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR