Azərbaycanda ictimai iaşə xidmətləri 4%-ə yaxın artıb

Azərbaycanda ictimai iaşə xidmətləri 4%-ə yaxın artıb
# 17 fevral 2018 08:22 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5% artaraq 97,5 mln. manat olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,8% artaraq 39,9 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR