Azərbaycanın ən iri banklarından biri qiymətli kağızların onlayn sifarişi sistemini yaradır

Azərbaycanın ən iri banklarından biri qiymətli kağızların onlayn sifarişi sistemini yaradır
# 19 sentyabr 2014 08:45 (UTC +04:00)

Bakı – APA-Economics. “PAŞA Bank” qiymətli kağızların onlayn sifarişi sistemini yaradır.

Bankdan “APA-Economics”ə verilən məlumatına görə, investorlar qiymətli kağızları evdə və işdə olarkən kompüter, planşet və digər cihazlardan istifadə edərək alıb-sata biləcək.

Əqdlər Bakı Fond Birjası (BFB) vasitəsilə həyata keçiriləcək.

İnvestorlar sifarişlərini “Asan imza” və “elektron imza” vasitəsilə təsdiq edə biləcək.

Yenilik bu ilin sonunda istifadəyə veriləcək.

Qeyd edək ki, “PAŞA Bank” qiymətli kağızlar bazarında “PAŞA Kapital” şirkəti ilə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR