Bakı Fond Birjasının dövriyyəsi 2 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2 dəfə artıb
# 04 iyul 2014 07:44 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə artaraq 6 mlrd. 112 mln. 900,915 min manat təşkil edib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, korporativ qiymətli kağızların həcmi 2 mlrd. 127 mln. 872,615 min manat və ya qiymətli kağızlar bazarının 34,8%-ni təşkil edib. Ötən ay ərzində dövlət qiymətli kağızlar bazarının həcmi isə 3 mlrd. 985 mln. 28,3 min manat və ya ümumi bazarın 65,2%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR