BFB əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarətinin təşkilinə başlayır

BFB əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarətinin təşkilinə başlayır
# 21 iyul 2014 07:52 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bakı Fond Birjası” QSC törəmə maliyyə alətləri ilə marja ticarətinin sahəsini genişləndirir.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, 21 iyul 2014-cü il tarixindən etibarən BFB-də qızıl, gümüş və digər əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarətinə başlanır.

Yaxın gələcəkdə BFB marja ticarətinin imkanlarını genişləndirməklə səhmlər əsasında törəmə maliyyə alətlərinin ticarətinin təşkil olunması planlaşdırılıb.

Marja ticarəti investorlara brokerdən xüsusi şərtlərlə alınan müvəqqəti ticarət limiti hesabına qiymətli kağızları və maliyyə alətlərini almaq və satmaq imkanı verir.

Bu istiqamət üzrə görülən işlər valyuta və əmtəə əsaslı maliyyə alətləri ilə marja ticarətinin tənzimlənən bazar institutları vasitəsi ilə likvid, şəffaf və ədalətli qiymət prinsiplərinə uyğun həyata keçirilməsi üzrə mühüm addımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR