Brent markalı neft bahalaşıb

Brent markalı neft bahalaşıb
# 12 yanvar 2018 06:00 (UTC +04:00)

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,28% azalaraq 63,62 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,03% artaraq 69,28 dollar olub.

Qeyd edək ki, ötən gün ICE London qitələrarası birjasında 2014-cü ilin dekabr ayından bəri ilk dəfə olaraq Brent markalı neftin 1 barelinin dəyəri 70 dollara yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR