Bu gün üç rayonun qaz təchizatı məhdudlaşdırılır

Bu gün üç rayonun qaz təchizatı məhdudlaşdırılır
# 13 may 2015 06:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Xəzər və Binəqədi, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Xəzər rayonunun Qala və Şüvalan, Abşeron rayonunun Novxanı və Binəqədi rayonunun Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR