Daha bir sığorta şirkəti Bakı Banklararası Valyuta Birjası ilə müqavilə imzalayıb

Daha bir sığorta şirkəti Bakı Banklararası Valyuta Birjası ilə müqavilə imzalayıb
# 23 sentyabr 2014 08:49 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Banklararası Valyuta Birjası (BBVB) və "Alfa Sığorta" Birja Elektron Ticarət Sisteminin (BEST) “Money-Market” pul bazarında iştirakı haqqında müqavilə bağlayıb.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, müqaviləni BBVB-nin müdiri Fərhad Əmirbəyov və “Alfa Sığorta”nın İdarə Heyətinin sədri Camal Əliyev imzalayıb.

“Alfa Sığorta” müqaviləyə əsasən banklarla eyni hüquqlu bir iştirakçı qismində bankların topdansatış pul bazarına çıxmaq imkanını əldə edəcək. BBVB isə öz növbəsində, yeni iştirakçıya BEST ticarət sisteminə daxil olmaq hüququnu, həmçinin hesablaşma və informasiya xidmətlərini təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR