Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 301 bəndədək, S&P 500 0,3% - 1 683 bəndədək, Nasdaq 0,2% - 3 716 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bazarda yaranan qeyri-müəyyənlik təsir edib. Belə ki, bazar iştirakçıları statistikaya diqqət yetirirlər və onun iqtisadiyyatın stimullaşdırma proqramının davam etdirib-etdirilməməsinə təsirini qiymətləndirməyə çalışırlar. Nəticədə, bazarda ehtiyatlılıq müşahidə olunur.
Avropa fond bazarlarında sentyabrın 12-də FTSE 100 indeksi 0,01% - 6 589 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,02% - 8 494 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 107 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 325,6 dollar bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3283 dollar təşkil edir.