Dow Jones indeksi 0,3%, S&P 500 0,2% enib, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2% enib, Nasdaq 0,2% yüksəlib
# 20 sentyabr 2013 06:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 15 637 bəndədək, S&P 500 0,2% - 1 722 bəndədək enib, Nasdaq 0,2% - 3 789 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əmək bazarı üzrə mənfi statistika təsir edib. Belə ki, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı həftəlik müqayisədə artıb.

 

Avropa fond bazarlarında sentyabrın 19-da FTSE 100 indeksi 1,0% - 6 625 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 694 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 206 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 365,7 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3536 dollar (+0,1%) təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR