Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,3% yüksəlib
# 12 mart 2013 06:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 447 bəndədək, S&P 500 0,3% - 1 556 bəndədək, Nasdaq 0,3% - 3 253 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə bazarda müşahidə olunan ümumi pozitiv təsir edib. O cümlədən, əmək bazarı barədə müsbət statistikasını və Federal Ehtiyat Sisteminin iqtisadiyyatın stimullaşdırılması üzrə proqramın davam etdirilməsi barədə ehtimalları qeyd etmək olar.

Avropa fond bazarlarında martın 11-də FTSE 100 indeksi 0,3% - 6 504 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,03% - 7 984 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 836 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 582,4 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3027 (+0,2%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR