Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib
# 29 mart 2013 06:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 579 bəndədək, S&P 500 0,4% - 1 569 bəndədək, Nasdaq 0,3% - 3 268 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə makroiqtisadi xəbərlər təsir edib. İlk növbədə məlum olub ki, yekun qiymətləndirməyə görə, ötən ilin IV rübündə ölkədə iqtisadi artım 0,4%-ə bərabər olub. Əvvəlki hesablamalara əsasən, bu göstərici 0,1% təşkil edib. Qeyd edək ki, S&P 500 indeksi yüksəlməklə tarixi maksimuma çatıb.

Avropa fond bazarlarında martın 28-də FTSE 100 indeksi 0,4% - 6 412 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 795 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 731 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 595,7 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2827 (+0,3%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR