Dow Jones indeksi 0,4%, S&P 500 0,9%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,9%, Nasdaq 1,1% yüksəlib
# 23 avqust 2013 06:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 14 964 bəndədək, S&P 500 0,9% - 1 657 bəndədək, Nasdaq 1,1% - 3 639 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əmək bazarı üzrə müsbət statistika təsir edib. Belə ki, ötən 4 həftə ərzində işsizliklə bağlı ilkin müraciətlərin sayı 330,5 minə bərabər olub və bu, 2007-ci ilin noyabrından sonra ən minimal göstəricidir. Bu faktı bazar iştirakçıları ölkədə məşğulluğun artımı kimi qəbul ediblər.

Avropa fond bazarlarında avqustun 22-də FTSE 100 indeksi 0,9% - 6 447 bəndədək, Almaniya DAX-ı 1,4% - 8 398 bəndədək, Fransa CAC-40-ı isə 1,1% - 4 059 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 376,1 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3346 dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR