Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,4% enib
# 20 avqust 2013 06:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 011 bəndədək, S&P 500 0,6% - 1 646 bəndədək, Nasdaq 0,4% - 3 589 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə Federal Ehtiyat Sisteminin məruzəsi təsir edib. Məruzədə bildirilir ki, ölkənin 18 iri bankında risklərin idarəedilməsi və maliyyə planlaşdırılmasında müəyyən problemlər mövcuddur.

Avropa fond bazarlarında avqustun 19-da FTSE 100 indeksi 0,5% - 6 466 bəndədək, Almaniya DAX-ı 0,3% - 8 366 bəndədək, Fransa CAC-40-ı isə 1,0% - 4 084 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 363,1 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3347 dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR