Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,4% enib
# 22 avqust 2013 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 14 898 bəndədək, S&P 500 0,6% - 1 643 bəndədək, Nasdaq 0,4% - 3 600 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına dərc edilən Federal Ehtiyat Sisteminin Açıq bazatların üztə komitəsinin iclasının protokolları təsir edib. Protokollardan aydın olub ki, istiqrazların geri alınması proqramının bağlanması vaxtını hələ də müəyyən edilməyib.

Avropa fond bazarlarında avqustun 21-də FTSE 100 indeksi 1,0% - 6 391 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 285 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 015 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 360,7 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3339 dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR