Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 0,5% yüksəlib
# 27 mart 2013 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 14 560 bəndədək, S&P 500 0,8% - 1 564 bəndədək, Nasdaq 0,5% - 3 253 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə daşınmaz əmlak bazarı üzrə müsbət statistika və uzunmüddətli istifadə üçün mallar üzrə sifarişlərin artması barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında martın 26-da FTSE 100 indeksi 0,3% - 6 399 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 880 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 749 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 599,9 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2843 (-0,1%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR