Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 1,1% enib
# 13 iyun 2013 06:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 14 995 bəndədək, S&P 500 0,8% - 1 613 bəndədək, Nasdaq 1,1% - 3 400 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında iyunun 12-də FTSE 100 indeksi 0,6% - 6 300 bəndədək, Almaniya DAX-ı 1,0% - 8 143 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 793 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 388,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3354 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR