Dow Jones indeksi 0,8%, S&P 500 1,3%, Nasdaq 1,4% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1,3%, Nasdaq 1,4% yüksəlib
# 02 avqust 2013 06:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 628 bəndədək, S&P 500 1,3% - 1 707 bəndədək, Nasdaq 1,4% - 3 676 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə ölkənin sənaye sektorunda işgüzar fəallığının iyulda artması və işsizlik üzrə müraciətlərin sayının ötən həftə azalması barədə statistik məlumatlar təsir edib.

Avropa fond bazarlarında avqustun 1-də FTSE 100 indeksi 0,9% - 6 682 bəndədək, Almaniya DAX-ı 1,6% - 8 411 bəndədək, Fransa CAC-40-ı 1,3% - 4 043 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 306,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3215 (+0,1%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR