Dow Jones indeksi 1,5%, S&P 500 1,7%, Nasdaq 1,4% enib

Dow Jones indeksi 1,5%, S&P 500 1,7%, Nasdaq 1,4% enib
# 16 avqust 2013 06:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 15-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 15 112 bəndədək, S&P 500 1,7% - 1 661 bəndədək, Nasdaq 1,4% - 3 606 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə investorlar arasında olan gözləntilər təsir edib. Belə ki, investorlar ehtimal edirlər ki, son zamanlar müşahidə olunan müsbət makroiqtisadi vəziyyətin fonunda Federal Ehtiyat Sistemi pul-kredit siyasətini müəyyən dərəcədə sərtləşdirəcək.

Avropa fond bazarlarında avqustun 15-də FTSE 100 indeksi 1,6% - 6 483 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 376 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 093 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 364,6 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3341 dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR