Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,27% - 17 550,69 bəndədək, NASDAQ 0,19% - 5 105,55 bəndədək, S&P 500 0,22% - 2 093,32 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,03% - 6 686,57 bəndədək azalıb, Fransa CAC-40-ı 0,16% - 5 112,14 bəndədək azalıb, Almaniya DAX-ı 0,11% - 11 456,07 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 4,90 dollar azalaraq 1 085,80 dollara, gümüş isə 0,05 dollar azalaraq 14,51 dollara satılıb.