WTI markalı neftin ucuzlaşması davam edir

WTI markalı neftin ucuzlaşması davam edir
# 03 sentyabr 2013 06:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,83 dollar və ya 0,8% azalaraq 1 barelə görə 106,82 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 2-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar və ya 0,3% artaraq 114,33 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR