AŞ PA sessiyasında Ermənistanın məsələsi müzakirə olunacaq

AŞ PA sessiyasında Ermənistanın məsələsi müzakirə olunacaq
# 20 iyun 2008 14:51 (UTC +04:00)
İrəvan APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Ermənistanla bağlı növbədənkənar dinləmələr keçiriləcək. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Şurasının İrəvandakı ofisindən bildiriblər ki, AŞ PA-nın Ermənistanda demokratik institutların möhkəmləndirilməsi ilə bağlı 1609 saylı qətnaməsinin tələbləri qənaətbəxş səviyyədə yerinə yetirilmir: “AŞ PA həmməruzəçiləri Jorj Kolombye və Con Preskot fevralda keçirilmiş prezident seçkilərindən sonra baş verən zorakılıqlarla bağlı tələblərin Ermənistan hakimiyyəti tərəfindən yerinə yetirilməsi səviyyəsini yetərli saymayıblar”.
Xatırladaq ki, AŞ PA-nın yay sessiyası iyunun 23-27-də keçiriləcək. Ermənistanın məsələsi iyunun 25-də müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR