Gürcüstan hərbi əməliyyatlar zamanı itkilərinin sayını açıqlayıb
13 avqust 2008 09:06 (UTC +04:00)
Lakin nazir ölənlərin mülki şəxslər, yoxsa hərbçilər olduğunu açıqlamayıb. Bir qədər əvvəl Gürcüstan rəsmiləri 15-i mülki şəxs olmaqla, 55 itki verdiklərini bildiriblər.
S. Kvitaşvilinin sözlərinə görə, ölən və yaralananların dəqiq sayını müəyyənləşdirmək hələlik mümkün deyil. Çünki Gürcüstan tərəfi Sxinvali rayonundakı gürcü kəndlərinə daxil ola bilmir. Həmin kəndlər Rusiya hərbçilərinin nəzarəti altındadır.
Bir qədər əvvəl isə Rusiya və Cənubi Osetiya separatçıları Gürcüstan hərbçilərinin Sxinvaliyə hücumu, həmçinin osetin kəndləri uğrunda gedən döyüşlər zamanı 1600 mülki osetinin və 15-18 Rusiya sülhməramlısının öldürüldüyü barədə məlumat yaymışdı. Gürcüstan prezidenti Mixail Saakaşvili isə avqustun 12-də Tiflisdə keçirilən mitinqdəki çıxışında Gürcüstan Ordusunun 400-dək Rusiya hərbçisini öldürdüyünü bəyan edib. Bundan başqa, o, mitinqdə Rusiya artilleriyasının Sxinvalini necə məhv etdiyini şəxsən müşahidə etdiyini vurğulayıb.

MDB
Ermənistanda atışma nəticəsində bir polis əməkdaşı ölüb, biri yaralanıb - YENİLƏNİB
09:24
8 sentyabr 2024
Peter Siyarto Ermənistana səfər edəcək
18:38
7 sentyabr 2024
Ermənistan Ani körpüsünün birlikdə bərpası ilə bağlı təkliflərini Türkiyəyə təqdim edib
17:33
7 sentyabr 2024
KİV: İran Rusiyaya 200 ədəddən çox ballistik raket göndərib
12:35
7 sentyabr 2024