AŞ PA prezidenti Rusiya və Gürcüstandan baş verən hadisələr barədə daha müfəssəl məlumat tələb edib

AŞ PA prezidenti Rusiya və Gürcüstandan baş verən hadisələr barədə daha müfəssəl məlumat tələb edib
# 14 avqust 2008 09:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Gürcüstanla Rusiya arasında əldə olunmuş razılaşmanı alqışlayır və bəyan edirik ki, insan haqlarının pozulması cəzası qalmamalıdır”. APA-nın məlumatına görə, bu bəyanatla Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Maria de Puç çıxış edib. AŞ PA prezidenti bəyan edib ki, qurum hərbi əməliyyatların tam bitməsini, qoşunların hərbi əməliyyat bölgəsindən tam çıxarılmasını və humanitar yardımın gətirilməsinə imkan yaradılmasını gözləyir:

“AŞ PA bu münaqişədə hər iki tərəfin məsuliyyətinin ciddiliyini müəyyənləşdirmək niyyətindədir. Bu məqsədlə mən Rusiya və Gürcüstan hökumətlərindən, bu ölkələrin parlament nümayəndə heyətlərindən baş verənlər barədə daha müfəssəl məlumat təqdim etməyi tələb etmişəm. Yaxın həftələrdə münaqişədə iştirak etmiş təşkilata üzv olan iki ölkəyə hansı münasibət bəslənəcəyi müəyyən ediləcək. Bu zaman onların münaqişəni sülh yolu ilə nizamlamaq üçün göstərdikləri siyasi iradə nəzərə alınacaq. Amma istənilən halda insan haqlarının pozulması cəzasız qalmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR