Angela Merkel: “Abxaziya və Cənubi Osetiyanın statusu müəyyənləşdirilən zaman Gürcüstanın ərazi bütövlüyü əsas götürülməlidir”

Angela Merkel: “Abxaziya və Cənubi Osetiyanın statusu müəyyənləşdirilən zaman Gürcüstanın ərazi bütövlüyü əsas götürülməlidir”
# 15 avqust 2008 15:45 (UTC +04:00)
Soçi-APA. “Abxaziya və Cənubi Osetiyanın statusu müəyyənləşdirilən zaman Gürcüstanın ərazi bütövlüyü prinsipindən çıxış etmək zəruridir”. APA-nın məlumatına görə, bu fikirləri Almaniyanın federal kansleri Angela Merkel Soçidə Rusiya prezidenti Dmitri Medvedevlə görüşdən sonra keçirdiyi mətbuat konfransında söyləyib. Dmitri Medvedev isə bildirib ki, bu ərazilərin statusunu orada yaşayan xalqlar müəyyənləşdirilməli, Rusiya isə Qafqazda təhlükəsizliyin qarantı kimi bu qərarla razılaşmalıdır. O əlavə edib ki, Rusiya sülhməramlı qüvvələri Abxaziya və Cənubi Osetiya xalqlarının seçəcəyi statusun qarantı rolunda çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR