Gürcüstan əsirlərin dəyişdirilməsinə dair danışıqların pozulmasına görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib

Gürcüstan əsirlərin dəyişdirilməsinə dair danışıqların pozulmasına görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib
# 18 avqust 2008 16:06 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan rəsmiləri əsirlərin dəyişdirilməsinə dair danışıqların pozulmasına görə Rusiyanın ittihamlarını rədd edib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteliya bildirib ki, Rusiya onlara gürcü hərbi əsirlərinin yarımçıq və dəqiq olmayan siyahısını təqdim edib: “Bir neçə gün əvvəl Rusiya əlində 80 hərbi əsir olduğunu bəyan etsə də, biz cəmi 12 hərbi əsirin adını təqdim edib. Bundan başqa rusların təqdim etdiyi siyahıda hazırda azadlıqda olan gürcü hərbçilərinin adları var. Biz qarşı tərəfdən siyahını bir daha dəqiqləşdirməyi daha sonra əsirləri “hamının hamıya” prinsipi ilə dəyişdirməyi tələb etmişik”. Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsın danışıqların pozulmasına görə Gürcüstan tərəfi ittiham etmişdi. Onun sözlərinə görə, hazırda Gürcüstanın əlində 15 rus hərbi əsiri var, Rusiyanın əsir götürdüyü gürcü hərbçilərin sayı isə 12-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR