Gürcüstan daha 41 Rusiya vətəndaşını bu ölkəyə təhvil verib

Gürcüstan daha 41 Rusiya vətəndaşını bu ölkəyə təhvil verib
# 25 avqust 2008 11:03 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan 41 Rusiya vətəndaşını bu ölkənin sərhədçilərinə təhvil verib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, ruslara təhvil verilən şəxslər sırasında 15 qadın və 19 uşaq da var. Bunlar münaqişə zamanı Gürcüstan ərazisini tərk etməyə imkan tapmayan Rusiya vətəndaşlarıdır. Bununla da avqustun 12-dən başlayaraq Rusiyaya qaytarılan bu ölkə vətəndaşlarının sayı 500 nəfəri keçib. Rusiya isə bu müddətdə 17 Gürcüstan vətəndaşını öz ölkəsinə təhvil verib. İki ölkə arasında əsirlərin dəyişdirilməsi prosesi də davam edir. Bu gün səhər tərəflər arasında növbəti dəfə əsirlərin dəyişdirilməsi prosesi baş tutub. Rusiya 7 hərbi əsiri Gürcüstana, gürcülər isə 5 rus hərbçisini Rusiyaya təhvil veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR