İrakli Okruaşvili: “Saakaşvili və nazirləri müharibəni uduzublar”

İrakli Okruaşvili: “Saakaşvili və nazirləri müharibəni uduzublar”
# 25 avqust 2008 15:08 (UTC +04:00)
Paris-APA. Gürcüstanın sabiq daxili işlər, müdafiə və iqtisadi inkişaf naziri İrakli Okruaşvili Cənubi Osetiyada keçirilən hərbi əməliyyata görə, prezident Mixail Saakaşvili və ətrafını tənqid atəşinə tutub. APA-nın məlumatına görə, hazırda Parisdə siyasi mühacir həyatı yaşayan İrakli Okruaşvili əməliyyatın hazırlıqsız başlandığını bildirib: “Əməliyyat demək olar ki, hazırlıq olmadan keçirilib. Bununla da Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması perspektivi ən azı 10-15 il geriyə düşüb. Bütün hərbi və mülki infrastruktur dağıdılıb, biz minlərlə əsgər və mülki şəxs itirmişik, qazancımız isə 100 minlərlə qaçqındır. Əminəm ki, əməliyyata vahid komandanlıq edilməyib. Bir briqadaya daxili işlər naziri, digərinə müdafiə naziri, üçüncüsünə isə Birləşmiş Qərargahın rəisi Zaza Qoqava başçılıq edib. Mişa və onun nazirləri ölkəni dağıdıb, müharibəni isə uduzublar”. İrakli Okruaşvili həmçinin təminat üçün cavabdeh olan Tiflisin sabiq meri Qiqi Uqulavanı da tənqid edib: “Bu necə təminatdır? Qoşunlarımız əməliyyatın artıq ikinci günü ac qalıblar. Hələ 2005-ci ildə mən Müdafiə Nazirliyinə rəhbərlik edərkən, Pentaqon qarşıdurma zamanı ölkə ərazisinin Rusiya aviasiyası tərəfindən bombardman ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR