“G-7” xarici işlər nazirləri Rusiyanın separatçı bölgələri tanımaq qərarını pisləyiblər

“G-7” xarici işlər nazirləri Rusiyanın separatçı bölgələri tanımaq qərarını pisləyiblər
# 28 avqust 2008 08:38 (UTC +04:00)
Paris-APA. Dünyanın aparıcı yeddi dövlətinin xarici işlər nazirləri Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq qərarını kəskin səviyyədə pisləyiblər. APA-nın məlumatına görə, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, Kanada və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri bu addımı Rusiyanın Qafqazda sülh və təhlükəsizlik niyyətini şübhə altına qoyduğunu bildiriblər. Moskvanı Gürcüstanla imzalanmış atəşkəs haqqında sazişə əməl etməyə çağıran “G-7” xarici işlər nazirləri təmsil etdikləri ölkələrin Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığını qəbul etdiyini bir daha bəyan ediblər. “G-7”nin bəyanatında həmçinin demokratik yolla seçilmiş Gürcüstan hökumətinə hərtərəfli dəstək veriləcəyi ilə bağlı da fikir öz əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR