Mahaçqalada Dağıstan daxili işlər nazirinin istefası tələbi ilə mitinq keçirilib

Mahaçqalada Dağıstan daxili işlər nazirinin istefası tələbi ilə mitinq keçirilib
# 29 avqust 2008 15:43 (UTC +04:00)
Mahaçqala-APA. Mahaçqalanın mərkəzində keçirilən mitinqdə iştirakçılar daxili işlər naziri Adilgerey Məhəmmədtahirovun istefasını və hüquq-mühafizə orqanlarının Dağıstanda keçirdiyi xüsusi əməliyyatların qanuniliyinin araşdırılmasını tələb ediblər. APA-nın məlumatına görə, mitinqdə çoxlu insan, o cümlədən xüsusi əməliyyat zamanı həlak olmuş şəxslərin qohumları iştirak ediblər. Onlar Daxili İşlər Nazirliyinin binasına daxil olmaq istəsələr də, 300-ə qədər milis buna imkan verməyib. Aksiya iştirakçıları Mahaçqalanın mərkəzi magistral küçələrindən birində avtomobillərin hərəkətini dayandırıblar. Aparılan danışıqlardan sonra küçədə avtomobillərin hərəkəti bərpa edilib. Aksiyanın sonunda iştirakçılar tələblər sırasından daxili işlər nazirinin dərhal istefası tələbinin çıxarıldığını elan ediblər. Əvəzində mitinq iştirakçıları Daxili İşlər Nazirliyindən qısa müddətdə ölkədə nizam-intizamın bərpasını xahiş ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR