Rusiya Cənubi Osetiya ilə diplomatik münasibətlər qurub

Rusiya Cənubi Osetiya ilə diplomatik münasibətlər qurub
# 09 sentyabr 2008 15:17 (UTC +04:00)
Moskva – APA. Rusiya Federasiyası Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmağa başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sxinvali və Moskvanın səfirlik səviyyəsində diplomatik əlaqələr yaradılmasına dair nota mübadiləsi etdiklərini açıqlayıb. Bu gün Abxaziya ilə də diplomatik münasibətlərin qurulacağı gözlənilir.

Xatırladaq ki, Rusiya avqustun 26-da Gürcüstanın separatçı bölgələri - Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR