İnquşetiyada iki terrorçu öldürülüb

İnquşetiyada iki terrorçu öldürülüb
# 15 sentyabr 2008 08:41 (UTC +04:00)
Nazran-APA. Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının İnquşetiyanın Malqobeksk rayonu ərazisində həyata keçirdiyi xüsusi əməliyyat zamanı iki terrorçu öldürülüb. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, əməliyyat terrorçuların gizləndiyi Zareçnaya küçəsindəki evlərdən birində həyata keçirilib. Bir neçə saat davam edən atışmada Rusiya xüsusi xidmət orqanları da çoxsaylı itki verib. Əməliyyatda 4 FTX əməkdaşı həlak olub, 8 nəfər isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR